AZ

Azərbaycan vətəndaşlarının Gürcüstan banklarındakı əmanətlərdə payı açıqlandı

TBİLİSİ, 7 may. TELEQRAF

Azərbaycan vətəndaşları Gürcüstan banklarında ən böyük həcmdə depozit saxlayan əncəbilərin ilk onluğunda səkkizinci yeri tutur.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının 2024-ci il üzrə hesabatından məlum olur.

Sənədə əsasən, qonşu ölkə banklarında qeyri-rezidentlərin saxladığı 10,611 milyard lari həcmindəki ümumi depozitlərin 3%-i Azərbaycan vətəndaşlarının payına düşür. 2023-cü ildə pay 4% təşkil edib.

Əmanətlərin əhəmiyyətli hissəsi - təqribən 4 milyard larisi və yaxud 37%-i Rusiya vətəndaşlarına məxsusdur. Rusiya ilə yanaşı ilk üçlükdə İsrail (11%) və Ukrayna vətəndaşları (6%) da yer alıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr