AZ

"Azərbaycan Kəşmir mövzusunda Pakistanın yanındadır"- Politoloqdan şərh

"Pakistan və Hindistan arasında yaşanan son qarşıdurmada Azərbaycan bir mənalı şəkildə Pakistanın mövqeyini dəstəkləməlidir. Bu dəstəyin iki əsas səbəbi var."

Politoloq Oqtay Qasımov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Birincisi, Pakistan Azərbaycanın strateji tərəfdaşıdır və hər zaman ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə müdafiə edib. Bu gün belə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığı halda, Pakistan prinsipial mövqeyini qoruyur.

İkincisi, bu mövqe beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq hüquq və ədalət baxımından, Kəşmir məsələsində Pakistanın haqlı olduğu açıq şəkildə görünür. Pakistanın bu məsələdə tutduğu mövqe həm hüquqi, həm də siyasi baxımdan əsaslandırılmışdır və Azərbaycan da bu mövqeni müdafiə edir.

Bu səbəblə Azərbaycanın məsələyə yanaşmasında heç bir tərəddüd yoxdur. Rəsmi şəkildə də bəyan edildiyi kimi, Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəkləyir.

Son hadisələrə gəlincə, baş vermiş terror hadisəsinin araşdırılmadan, istintaqsız və sübutsuz şəkildə Pakistanın ittiham olunması Hindistanın avantürist və təxribatçı siyasətinin göstəricisidir. Pakistan isə təbii olaraq bu ittihamlara cavab verir. Artıq bəzi bölgələrdə Pakistan bayrağının qaldırılması hadisəyə verilən ictimai dəstəyin bir göstəricisidir.

Seçilən
0
news365.az

1Mənbələr