Donald Tramp ABŞ-da dil normasında dəyişiklik etmək və Fars körfəzini "Ərəb körfəzi" adlandırmaq niyyətindədir.
Yenisabah.az AP-yə istinadla xəbər verir ki, ABŞ prezidenti bu dəyişikliyi Səudiyyə Ərəbistanına səfəri zamanı təqdim etməyi planlaşdırır.
Ərəb dövlətləri özləri toponimin adının dəyişdirilməsi qərarında israrlıdırlar.
Bu, Ağ Evin sahibinin coğrafi adını dəyişmək niyyəti ilk dəfə deyil. Yanvarın sonunda Tramp Meksika körfəzinin adının "Amerika körfəzi" olaraq dəyişdirilməsi ilə bağlı fərman verib.
BMT bbildirib ki, coğrafi obyektlərin adının dəyişdirilməsi hər hansı bir dövlətin səlahiyyətinə aid deyil.
Telegram kanalımız