BAKI, 7 may. TELEQRAF
“Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyanın impiçmenti ilə bağlı təşəbbüsləri qeyri-ciddidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan deyib.
“Bu, olduqca qeyri-ciddi məsələdir, çünki baş nazirin impiçmenti məsələsini gündəmə gətirmək üçün heç bir əsas yoxdur. Bu, mühüm məsələlərdən diqqət yayındırmaq üçün mənasız hay-küydür”, - vitse-spiker bildirib.