AZ

Azərbaycanın Çindən idxalı 35%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Çinin ticarət dövriyyəsi 2025-ci ilin birinci rübündə 1 milyard 28 milyon 576 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 279 milyon 791 min dollar və ya 37,4% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1 milyard 5 milyon 365 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 261 milyon 637 min dollar və ya 35,2% çoxdur. 

Qeyd edək ki, ötən ilin birinci rübündə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 748,8 milyon dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
0
banco.az

1Mənbələr