AZ

Azərbaycan bu ölkəyə yod satışını 45%-ə yaxın azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Hindistana 10 tonyod ixrac edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda ixracdan əldə olunan gəlir 560 minABŞ dolları olub.

Hindistana yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 8 ton və ya 44,5%, dəyər ifadəsi ilə 412 min ABŞdolları, yaxud da 42,4% azalıb. Belə ki, 2024-cü ilin yanvar-fevralaylarında Azərbaycandan Hindistana 18 ton miqdarında, 972 min ABŞdolları dəyərində yod ixrac edilmişdi.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Rusiya, Hindistanvə Çinə yod ixrac edilib. Eyni zamanda, bu məhsul Yaponiya vəAlmaniyadan idxal olunub.

Məlumat üçün bildirək ki, bu ilin birinci rübündə Azərbaycanda44 ton yod istehsal edilib. Yod istehsalı ötən ilin eyni dövrü iləmüqayisədə 9,7% və ya 4,7 ton azalıb. Ötən ilin yanvar-martaylarında Azərbaycanda 48,7 ton yod istehsal olunmuşdu.

Seçilən
0
az.trend.az

1Mənbələr