
ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib ki, önümüzdəki günlərdə “son illərin ən vacib bəyanatlarından birini” səsləndirəcək. Bu barədə TASS yazır.Trampın sözlərinə görə, bu bəyanat cümə axşamı, cümə və ya gələn həftənin bazar ertəsi, Yaxın Şərqə səfərindən əvvəl veriləcək.“Bu, son illərdə edilən ən vacib açıqlamalardan biri olacaq. Mövzu çox mühümdür”, – deyə Tramp qeyd edib.O, bunun mütləq ticarətə aid olmayacağını da əlavə edib.Qeyd edək ki, Tramp gələn həftə BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına rəsmi səfərlər edəcək.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi
Almaniyada siyasi dram sona çatdı – Mers çətinliklə də olsa kansler kürsüsünə oturdu
Elektron Resept Sistemi: Səhiyyədə Keyfiyyət və Təhlükəsizlik Üçün Rəqəmsal Addım