AZ

Pakistana hücuma reaksiyalar: Hindistana dərs vermək qaçılmazdır

BAKI, 7 may. TELEQRAF

“Hindistanın Pakistan ərazisindəki mülki hədəflərə qorxaq və əsassız hücumları müharibə aktıdır”.

Teleqraf xəbər verir ki, bunu Pakistan Xalq Partiyasının sədri Bilaval Bhutto-Zərdari Hindistanın ölkəsinə qarşı hərbi təcavüzünü şərh edərkən deyib.

“Günahsız qadın və uşaqların hədəfə alınması güclü olmaq deyil, vəhşilikdir. Pakistan xalqının sarsılmaz dəstəyi ilə silahlı qüvvələr bütün gücü ilə ona layiqli cavab verdi. Hər bir təcavüz darmadağınla cavab veriləcək. Suverenliyimizin pozulmasına dözməyəcəyik. Pakistan birdir və hazırdır”, - siyasətçi bildirib.

Pakistan Ədalət Hərəkatı Partiyasının lideri Ömər Əyyubun Hindistanın addımlarına reaksiyası belə olub:

“Hindistan və faşist Narendra Modi yalnız güc dilini başa düşür. Pakistan Hərbi Hava Qüvvələrinin Hindistan təyyarələrini vurması ilə fəxr edirəm. Qoy bu Hindistan üçün bir dərs olsun. Yenə olacaq, yenə vurulacaqsınız”.

“Camaati-İslam” əmiri Hafiz Nəmur Rəhman bildirib ki, qorxaq Hindistan həmişə gecənin qaranlığında hücum edir:

“Pakistan həmişə Hindistana layiqli cavab verib. İnşallah, Hindistana bir daha layiqli cavab veriləcək. Hindistana dərs vermək qaçılmazdır”.

Seçilən
0
teleqraf.com

1Mənbələr