Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirməyə çağırıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, onun bəyanatı Avropa Komissiyasının saytında dərc olunub.
"Biz Ukraynanın ittifaqımıza üzvlük yolunu sürətləndirməliyik. Bu, təkcə Ukraynanın istəyi deyil. Bu, təhlükəsizliyin ən etibarlı təminatı ola bilər", - o, deyib.
Ursula fon der Leyen bir müddət əvvəl Çini Ukraynadakı münaqişənin həlli prosesində daha fəal iştirak etməyə çağırıb.