AZ

Almaniya Müdafiə Nazirliyi müdafiə xərclərini 60 milyard avroya çatdırmağı planlaşdırır

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkəsi 2025-ci ildən müdafiə xərclərini ildə 60 milyard avrodan çox artırmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Reuters" agentliyi iki məlumatlı mənbəyə istinadla məlumat yayıb.

"Almaniya müdafiə naziri Boris Pistorius ölkənin illik müdafiə büdcəsini kəskin şəkildə artırmağa çalışır", - Reuters mənbələrə istinadla yazır.

Agentliyin mənbələrindən birinin verdiyi məlumata görə, söhbət büdcənin 60 milyard avrodan çox artırılmasından gedir.

Mart ayında Almaniya Bundesratı Xristian Demokratların lideri Fridrix Mertsin təşəbbüsü ilə müdafiə xərclərinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq konstitusiya dəyişikliklərini təsdiqləyib. Mayın 6-da Almaniyanın yeni kansleri olan Merts seçki kampaniyası zamanı hökumət başçısı kimi respublikanın müdafiə xərclərini artırmağa çalışacağını dəfələrlə bəyan edib. O, bunu Ukraynada davam edən hərbi münaqişə kontekstində Avropanın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə izah etmişdi.

Seçilən
0
ikisahil.az

1Mənbələr