May ayının 27-dək bir neçə rayonda səyyar "ASAN xidmət" göstərilməsi nəzərdə tutulub.
Bu barədə "ASAN xidmət"dən məlumat verilib.
Bildirilib ki, səyyar "ASAN xidmət" mayın 1-15 Xızıda, 1-27 Astarada, Şirvanda, Şəmkirdə, Xaçmazda, Biləsuvarda, Zərdabda, Ağdaşda, Zaqatalada, 19-27-də isə Xırdalanda vətəndaşlara xidmət göstərəcək.
Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.