“Türkiyə Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyir”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
Qeyd olunub ki, ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb, və Ankara mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyir.
Bundan əlavə, Türkiyə tərəfləri təmkinli olmağa və birtərəfli hərəkətlərdən çəkinməyə çağırır.