AZ

"Kəşmir işi": Media münaqişənin tarixini "alt-üst" edib

Nüvə silahlarına sahib olan Hindistan və Pakistan arasında hərbi toqquşma başlayıb. Kəşmirdə hindistanlı turistlərin terrorçular tərəfindən öldürülməsindən sonra Yeni Dehli sərhədin Pakistan tərəfində "terror infrastrukturu obyektlərinə" zərbələr endirmək üçün əməliyyat keçirir. Qeyd edək ki, münaqişənin kökləri hələ 1940-cı illərdə baş verən hadisələrinə dayanır. İki Asiya ölkəsi arasında münasibətlərə "bomba" ingilis müstəmləkəçiləri tərəfindən qoyulub.

Publika.az xəbər verir ki, belə bir materialla "The Guardian" çıxış edib.

Bildirilir ki, Himalay dağlarının ətəyində yerləşən Kəşmir üzərində nəzarət 1947-ci ildə Böyük Britaniyadan ayrılıb müstəqillik əldə etdikdən sonra Pakistan və Hindistan arasında mübahisəli məsələyə çevrilib.

Bu gün Kəşmir Hindistan yarımadasının şimal-qərbində mübahisəli bölgədir. Keçmişdə Himalay dağlarında knyazlıq dövləti olub. Kəşmirin bölünməsi Hindistan və Pakistan arasında sərhəd müqavilələri ilə rəsmi olaraq müəyyən edilmir.

Hər iki ölkə Kəşmir üzərində tam hüquqlara malik olduğunu iddia edir, lakin hər biri dünyanın ən ağır hərbiləşdirilmiş sərhədlərindən biri ilə bölünmüş bir zərrə əraziyə nəzarət edir: 1947-48-ci illər müharibəsindən sonra qurulan atəşkəs xəttinə əsaslanan “nəzarət xətti”.

1949-cu il yanvarın 1-də Hindistan və Pakistan arasında hərbi əməliyyatlar dayandırılıb və 1949-cu ilin avqustunda BMT-nin himayəsi altında Kəşmiri Hindistan və Pakistanın nəzarətində olan iki hissəyə bölən atəşkəs xətti çəkilib. Knyazlığın demək olar ki, yarısı Pakistanın nəzarəti altına keçib.

O vaxtdan bəri Hindistan və Pakistan Kəşmir uğrunda iki dəfə müharibə edib. 1965-ci ildə İkinci Hind-Pakistan Müharibəsi zamanı döyüşlər həm Kəşmirdə, həm də ondan kənarda baş verib. 1966-cı il yanvarın 10-da Sovet İttifaqının vasitəçiliyi ilə Daşkənddə aparılan danışıqlarda sülh müqavilələri bağlanıb. Və 1971-ci ildə üçüncü və ən böyük Hind-Pakistan müharibəsi baş verib, bu müharibə Pakistan qoşunlarının Şərqi Pakistanda təslim olması və orada müstəqil Banqladeş dövlətinin elan edilməsi ilə başa çatıb. Həmin müharibə zamanı Kəşmirdə də döyüşlər gedib.

Seçilən
0
1
publika.az

2Mənbələr