Bir müddət bundan öncə Şəmkir Olimpiya İdman Kompleksində ot örtüyünün yenilənəcəyinə dair xəbərlər yayıldı.
Lakin Rekord.az xəbər verir ki, hər şey elə söz olaraq da qalıb.
Belə ki, sözügedən meydançanın qazonu hazırda pomidor şitilliyini xatırladır. Burada heç bir yenilənmə aparılmayıb.
Qeyd edək ki, hazırda II Liqada yarışan "Şəmkir" ev oyunlarını burada keçirir və bu komanda növbəti mövsüm I Liqada iştiraka iddia edir.