AZ

Xalq-iqtidar-ordu birliyinin nəticəsində torpaqlarımız işğaldan azad edildi- ÖZƏL

"Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz mühüm tarixi zəfərlərə imza atmış, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atılmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı xalq-iqtidar-ordu birliyinin nəticəsi olaraq torpaqlarımız işğaldan azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur. Bu möhtəşəm Qələbənin təməlində isə Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan dövlətçilik ənənələri dayanır". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib:

"Dövlətimizin başçısı həmin siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, ölkəmizi regionda və dünyada söz sahibi olan qüdrətli bir dövlətə çevirmişdir. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan və Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən milli strategiya Azərbaycanı sabitlik, davamlı inkişaf və parlaq gələcək yolunda əmin addımlarla irəli aparır.

Ulu Öndər Heydər Əliyev dövlətçilik ənənələrinin təməlini qoyan, milli ideologiyanın formalaşmasında müstəsna rol oynayan görkəmli tarixi şəxsiyyət kimi yaddaşlarda əbədi qalacaqdır. Onun əvəzolunmaz xidmətləri xalqımız tərəfindən hər zaman dərin ehtiramla xatırlanacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr