AZ

Hindistandan Pakistanla bağlı şok iddia

Hindistan kəşfiyyat məlumatlarının bu ölkəyə növbəti hücumların ola biləcəyini göstərməsindən sonra Pakistana raket hücumlarını həyata keçirdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Hindistan xarici işlər nazirliyinin katibi Vikram Misri mətbuata açıqlamasında bildirib ki, kəşfiyyat məlumatları Hindistana qarşı yeni hücumların qaçılmaz olduğunu göstərir.

“Ona görə də (mayın 6-da baş verən toqquşmalarda) həm çəkindirmək, həm də qarşısını almaq imperativi vardı” ifadələrini işlədən Misri, Hindistanın səhər saatlarında "qisas almaq, bu cür sərhədyanı hücumların qarşısını almaq hüququndan" istifadə etdiyini və bu hərəkətlərin "mütənasib və gərginləşdirici" olmadığını söyləyib.

Misri "terror infrastrukturunu dağıtmağı" hədəflədiklərini vurğuladı və diqqətlərinin "Hindistana göndəriləcək terrorçuları zərərsizləşdirmək" olduğunu bildirib.

Aprelin 22-də Pahalqam rayonunda törədilən terror aktı ilə bağlı aparılan araşdırmaların hücumçuların Pakistanla "əlaqələrinin" ola biləcəyini göstərdiyini iddia edən Misri, "Hücumun xüsusiyyətləri Pakistanın Hindistana qarşı uzun müddətdir həyata keçirdiyi sərhədlərarası terror fəaliyyətləri ilə uyğun gəlir" deyib. 

Digər tərəfdən, "India Today" qəzetinin məlumatına görə, Hindistanın Baş naziri Narendra Modi hücumlardan sonra Norveç, Xorvatiya və Niderlanda səfərlərini təxirə salıb.

Seçilən
0
cebheinfo.az

1Mənbələr