AZ

"Ukrayna üçün hər şeyi edək" - AK sədri

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göstərməyi davam etdirərsə, Rusiyanın enerji resurslarından tamamilə imtina edərsə və Kiyevin Aİ-yə üzvlük prosesini sürətləndirərsə, bu, Avropanın qlobal mövqeyini gücləndirəcək.

 

Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen bəyan edib.

 

Bu barədə o bu gün Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

 

“Biz yol ayrıcındayıq və Avropa üçün risklər yüksəkdir. Ona görə də Ukraynanın mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi etməliyik”, –  AK prezidenti vurğulayıb.


Fon der Leyen çıxışında Aİ-nin bu məqsədə çatmaq üçün üç əsas istiqamətdə fəaliyyət göstərməli olduğunu bildirib: Ukraynanın müdafiəsini dəstəkləmək, Rusiyanın qalıq yanacaqlarından imtina etmək və Ukraynanın Aİ-yə qoşulma prosesini sürətləndirmək.

 

Onun sözlərinə görə, Avropa İttifaqı bu günə qədər Ukraynaya 50 milyard avro dəyərində hərbi yardım ayırıb. O, üzv dövlətləri Ukraynanın müdafiə sənayesi ilə birbaşa əməkdaşlığa təşviq etməyə çağırıb:

 

“Bu, Ukraynanın hərbi səylərini dəstəkləməyin ən səmərəli və sərfəli üsuludur. Biz xüsusilə müdafiə texnologiyaları və innovasiyalar sahəsinə diqqət yetirməliyik”.
Fon der Leyen həmçinin qeyd edib ki, yardımın koordinasiyası ilə yanaşı, Aİ müdafiə sənayesində daha sıx inteqrasiyaya getməlidir.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
0
sfera.az

1Mənbələr