İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-nə, ikinci yarımfinalı mayın 15-nə, finalı mayın 17-nə təyin olunub. Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə və İtaliya yarımfinaldan azaddır. Hər yarımfinaldan finala 10 vəsiqə var. Çıxış ardıcıllığı belə rəsmiləşib:
Birinci yarımfinal
İslandiya
Polşa
Sloveniya
Estoniya
Ukrayna
İsveç
Portuqaliya
Norveç
Belçika
Azərbaycan
San Marino
Albaniya
Niderland
Xorvatiya
Kipr
İkinci yarımfinal
Avstraliya
Monteneqro
İrlandiya
Latviya
Ermənistan
Avstriya
Yunanıstan
Litva
Malta
Gürcüstan
Danimarka
Çexiya
Lüksemburq
İsrail
Serbiya
Finlandiya.
Azərbaycanı “Mamaqama” qrupu təmsil edir.
İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib./medianews