AZ

Barnaulda kilsəni yandırmağa cəhd edən əcnəbi saxlanılıb - VİDEO

Barnaulda Rusiya Federasiyasında qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarı olan Orta Asiyadan olan əcnəbi kilsənin binasını yandırmağa cəhd edərkən saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə mayın 7-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Altay diyarı üzrə mətbuat xidməti məlumat yayıb.

“2025-ci ilin aprel ayında 2004-cü il təvəllüdlü əcnəbi vətəndaş beynəlxalq terror təşkilatının maraqları naminə, dövlət orqanlarının fəaliyyətini pozmaq məqsədilə Barnaul kilsəsinin binasını  yandırmağa cəhd göstərib”, - deyə məlumatda bildirilir.

Həmin şəxs Rusiya FSB əməkdaşları tərəfindən yerində saxlanıldığından cinayət niyyətini başa çatdıra bilməyib. Cinayətkar barəsində həbs-qətimkan tədbiri seçilib, barəsində CM-nin 3-cü hissəsi ilə cinayət işi başlanıb.

QAZİLER.AZ

Seçilən
0
1
qaziler.az

2Mənbələr