Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2 yanvar 2024-cü ildə baş verib.
Hacıqabul rayon sakini Əhməd həmin gün saat 14:40-da keçmiş arvadı Aytən və övladları birlikdə yaşadığı evdə onunla aralarında həmin ünvanda birgə yaşamaq üstündə yaranmış fikir ayrılığı səbəbindən baş vermiş narazılıq üstündə mübahisə edib.
Əhməd həmin mübahisə əsnasında Aytənin üzərinə hücum edib və qəsdən oun saçını dartaraq yolub, əl, habelə şillə ilə sifət, baş nahiyələrindən zərbələr vurub.
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Aytən ilə 2009-cu il də nikaha daxil olsalar da, lakin münasibətləri uyğunlaşmadığından 2023-cü ildə rəsmi olaraq ayrılıb və baş vermiş hadisəyədək bir evdə yaşayıblar:
“Bizim birgə nikahımızdan 3 övladımız var. Yanvarın 2-də evdə yatılı olduğumdan mənzilin qapısının döyülməsini eşitmədim. Qəfil ayıldıqdan sonra qapı səsi eşidərək, açdım. Aytən övladlarım ilə birlikdə evə daxil olaraq, mənə “çıx evdən” deyərək, qışqırmağa başladı. Aytəndən nə baş verməsini soruşdum. Sonuncu mənə “evə başqa qadın gətirmisən” deyərək, müxtəlif bəhanələrlə mənimlə mübahisə etməyə başladı. Aytən məni övladlarımın yanında təhqir etdiyindən ilk olaraq onun qolundan dişlədim. Daha sonra 1 dəfə şillə ilə Aytənin başından vurdum və onu tutaraq divara çırpdım. Aytən vurduğum xəsarətlər nəticəsində huşunu itərərək, yıxıldı. Aytəni ayıltmaq məqsədi ilə üzünə su vurdum və evi tərk etdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Aytənin sözlərinə görə, hadisə günü övladları ilə birlikdə xəstəxanadan evə gəlib:
“Yaşadığımız mənzilin qapısını döysək də, Əhməd qapını açmadı. Təxminən 20 dəqiqə çöldə gözdədikdən sonra sonuncu qapını açdı. Mən övladlarım ilə birlikdə evə daxil oldum. Bu zaman Əhməd telefonda anası ilə danışa-danışa mənim ünvanıma nalayiq ifadələr işlədərək, mübahisə etməyə başladı. Aramızda baş vermiş mübahisəyə səbəb evin onun olmasını və həmin evdən çıxmağımı tələb etməsi olub.
Mübahisə zamanı Əhməd ilk olaraq saçımdan tutaraq dartdı. baş nahiyəmə 2 dəfə şillə ilə vurdu.
Daha sonra isə sol qolumdan dişləyərək, itələdi və divara vurdu. Əhmədin mənə vurduğu zərbələrin təsirindən huşumu itirərək yerə yıxıldım. Ayıldıqda isə heç nə xatırlamadığımı və Əhmədin artıq evdə olmadığını gördüm”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Əhmədin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az