AZ

İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havada toqquşub

Roma, 7 may, AZƏRTAC

İtaliya Hərbi Hava Qüvvələrinin milli akrobatika komandasına məxsus təyyarələr qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, “Frecce Tricolori” akrobatika komandasına məxsus “MB-339” tipli 3 təyyarə Pantelleriya adasında keçirilən uçuş zamanı havada toqquşub. Qəzadan sonra təyyarələr təcili eniş edib. Təyyarələrdən biri uçuş-enmə zolağından çıxıb.

İki pilot qəza nəticəsində xəsarət almayıb, biri isə ayağının sınığı şübhəsi ilə xəstəxanaya aparılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
0
1
azertag.az

2Mənbələr