Ajans.az xəbər verir ki, qəfil qıcolmadan sonra xəstəxanaya çatdırılan sənətçi həkim nəzarəti altında xüsusi otağa aparılıb. Səbəbi hələ müəyyən edilməmiş krizdən sonra Şimalın sağlamlıq vəziyyəti yaxından izlənilir. İlk açıqlamanı əri Necati Arıcı verib: “Ciddi bir qıcolma idi, səbəbi araşdırılır”. 2021-ci ildə süd vəzi xərçəngi diaqnozu qoyulan və müalicə prosesindən sonra sağlamlığına qovuşan Şimal keçən il beyin şişi səbəbilə çətin əməliyyat keçirib. Səkkiz saat davam edən əməliyyatdan sonra sağalma prosesinə girən sənətçi sosial media hesabından verdiyi açıqlamada bədənindəki şişin tamamilə təmizləndiyini paylaşaraq sevənlərini müjdələyib. Reanimasiyada müalicə alan sənətçinin vəziyyəti bir müddət ağır olsa da, son məlumata görə, onun normal otağa köçürüldüyü öyrənilib. Sudurğadan sonra aparılan müayinələrin nəticələri hələlik ictimaiyyətə açıqlanmasa da, Şimalın müalicəsinin davam etdiyi və həkimlərin nəzarətində olduğu bildirilib.