AZ

Quru sərhədlərlə bağlı iyunun 1-də qərar verilə bilər

Bəlli olduğu kimi, Azərbaycanda quru sərhədlər artıq 5 ildən çoxdu bağlıdır. Yalnız hava yolu ilə ölkəyə giriş və çıxış mümkündür.

Tribunainfo.az xəbər verir ki, son zamanlar sərhədlərin açılması ilə bağlı hökumətin mövqeyində müəyyən dəyişiklik müşahidə olunur.
Son zamanlar İranla münasibətlərin normallaşması fonunda isə bu dəyişiklik daha çox hiss edilir. Belə ki, İran prezidenti Məsud Pezeşkianın Bakıya səfərindən sonra bir sıra məsələlərdə razılaşmanın əldə edildiyi xəbərləri yayılıb. İranın Yollar və Şəhərsalma Nazirliyinin beynəlxalq əlaqələr üzrə baş direktoru Əmin Tarfa bildirib ki, Bakıdan İranın bir sıra şəhərlərinə yeni təyyarə reyslərinin açılacağı qərarlaşdırlıb.“İran Bakıya birbaşa reyslərin sayını artırmaq niyyətindədir. Tehrandan Bakıya daha iki reys ələvə edilərək, həftə 4 dəfəyə çatdırılacaq. Təbrizə isə iki yeni marşrut açılacaq”.
Lakin gələn xəbərlərdən belə başa düşülür ki, məsələ təkcə hava nəqliyyatına aid olmayacaq. Həmçinin yaxın vaxtlarda Bakıdan Təbrizə və əksinə sərnişin avtobusları reysləri açılacaq. Həmin reyslərdə sərnişindaşıma ilə, həm Azərbaycan, həm də İran şirkətləri prioritet paya sahib olacaqlar. Güman edilir ki, bu reyslərin gündəlik sayı iki gediş, iki gəliş olmaqla 4 olacaq. Bu barədə İran tərəfi ilə qiymət məsələsində hər hansı anlaşmazlığın olmadığı da bildirilir.
Bu əsnada, Tribunainfo.az-a daxil olan bəzi məlumatların təhlilindən belə anlaşılır ki, Nazirlər Kabineti yanında Operativ Qərargah quru sərhdələrin açılması ilə bağlı vaxtından əvvəl qərar verəcək. Ehtimal olunur ki, iyulun 1-nə qədər elan edilmiş karantin müddəti iyunun 1-də ləğv oluna bilər.

Fərda Uğur

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr