Azərbaycanın gənclərdən ibarət uşu üzrə milli komandası Yunanıstanın Heraklion şəhərində keçirilən Avropa çempionatında altı medal qazanıblar. SİA xəbər verir ki, Elçin Emimovun rəhbərliyi altında yarışa qatılan idmançılar Light-sanda üzrə 3 qızıl, 2 gümüş və 1 bürünc mükafat əldə ediblər.
12-14 yaşlılardan Tunar Rüstəmzadə (42 kq) və Azad Hümbətov (52 kq) birinci yeri tutublar. 15-17 yaşlılardan Xəyal İbrahimov (52 kq) da qızıl medal qazanıb.
15-17 yaşlılardan Mirhəsən İsmayılzadə (60 kq) üçüncü, Tunar Kərimli (75 kq) ikinci olubsa, 18-40 yaşlılardan Yusif Azadi (52 kq) də gümüş mükafata sahib çıxıb.
Müəllif: Banuçiçək Hüseynli