Bal – süfrəmizin əvəzolunmazı və təbiətin ən dəyərli hədiyyələrindən biridir. Lakin son illər saxta və qatqılı balların sayı artıb. Mütəxəssislər bildirir ki, həqiqi balı yalnız dadına baxaraq ayırd etmək çətindir. Bəs həqiqi balı necə tanımaq olar?
News24.az saxta balı müəyyənləşdirmək üçün 3 əsas üsul və diqqət yetirilməli məqamları təqdim edir:
Həqiqi və saxta balı müəyyənləşdirmək üçün 3 TEST
1. Kristallaşma testi
• Həqiqi bal: Zamanla kristallaşır (donur). Bu, içindəki təbii şəkərlərdən qaynaqlanır.
• Saxta bal: Donmur. Çünki tərkibində qlükoza və su olur.
2. Alov testi
• Həqiqi bal: Pambıq parçasına tökülüb yandırıldıqda alovlanır. Su tərkibli olmadığı üçün asan yanır.
• Saxta bal: Su ehtiva etdiyi üçün alovlanmır və ya gec yanır.
3. Su testi
• Həqiqi bal: Bir neçə damla suya atıldıqda dərhal dibə çökür və dağılmır.
• Saxta bal: Suda qarışır, dağılır və dibə çökmür.
Nəticə:
Bal alarkən etibarlı markaları seçmək, etiketləri oxumaq və varsa analiz nəticələrini nəzərdən keçirmək vacibdir. Həqiqi balın dadı, faydası və təsiri saxta baldan tam fərqlidir.
Məryəm İlhamqızı