“AL Market” MMC-də yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Tapdıq Həsənov “AL Market”də Maliyyə Direktoru təyin edilib. Bu vəzifəsinə qədər o, “Azərsun Holdinq”in Vergi Şöbəsinin Rəhbəri vəzifəsində çalışıb.
Bundan başqa, o, “Azərbaycan Sənaye Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb.