Qubadlı rayonunun Mahruzlu kəndində genişmiqyaslı tikinti və bərpa işləri nəzərdə tutulur.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu məqsədlə "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs tərəfindən 26 milyon 425 min manat dəyərində tender elan edilib.
Layihə çərçivəsində kənddə yeni yaşayış binaları inşa olunacaq və sahədaxili mühəndis-kommunikasiya sistemləri qurulacaq. Buraya su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənd daxili yolların çəkilməsi daxildir.