AZ

Rəisinin anasından Pezeşkiana tövsiyə: "Helikopterə minmə!"

İran Prezidenti Məsud Pezeşkian Məşhədə səfəri zamanı ölkənin keçmiş prezidenti İbrahim Rəisinin anasına baş çəkib. 

Modern.az İran KİV-ə istinadən xəbər verir ki, görüş zamanı sabiq prezidentin yaşlı anası Pezeşkiana helikopterdən istifadə etməməyi tövsiyə edib.

“Helikopterə minməyin!”, - o deyib. 

Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində helikopter qəzasında həlak olub.

Seçilən
0
5
modern.az

10Mənbələr