AZ

Tahir Kərimlinin partiyası qurultaya gedir: Sədr dəyişəcək

“Vəhdət” Partiyası qurultaya gedəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu haqda partiyanın sədri, sabiq deputat Tahir Kərimli “Cebhe TV”-nin canlı efirində məlumat verib.

T.Kərimli bildirib ki, gələn həftə partiyanın Baş Məclisinin iclası olacaq və qurultayın vaxtı dəqiqləşəcək:

“Biz iyun ayında qurultay keçirməyi planlaşdırırıq. Gələn həftə vaxt daha dəqiq bəlli olacaq”.

T.Kərimli qurultayda bir sıra dəyişikliklərin olacağını bildirib:

“Sədr də dəyişə bilər. Mən qurultayda partiya üzvlərini inandırmağa çalışacam ki, partiyanı gənclərə ötürmək lazımdır”.

Daha ətrfalı videoda:

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr