AZ

Paytaxtda qəzaların ən acı statistikası: Uşaqlar da bu rəqəmlərdə var

Paytaxtda

Ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib.Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov bildirib.Məlumata görə, bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.Qəzaların baş verməsinin əsas səbəbləri:NİİM-dən bildirilib ki, qəzaların baş verməsinə səbəblər demək olar ki, eynidir:1. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək;2. Yol nişanlarının tələblərinə diqqət göstərməmək;3. Bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi;4. Bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi;5. Piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi və s.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırıb: "Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir".✍️"Ulusum".az

Diqqət Çəkənlər

Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTO

Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi

Almaniyada siyasi dram sona çatdı – Mers çətinliklə də olsa kansler kürsüsünə oturdu

Seçilən
0
7
ulusum.az

10Mənbələr