AZ

Qrenlandiyanın ilhaqı ilə bağlı ilk ciddi addım - Tramp hansı göstərişi verdi?

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək planında ilk ciddi addımı atıb. Tramp administrasiyası ölkənin əsas kəşfiyyat qurumlarına: CIA, Müdafiə Kəşfiyyat Agentliyi və Milli Təhlükəsizlik Agentliyinə Qrenlandiyaya qarşı casusluq fəaliyyətlərini gücləndirməyi tapşırıb.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, casusluq əməliyyatlarının məqsədi Qrenlandiyada Trampın ilhaq planını dəstəkləyən potensial şəxsləri və struktur imkanlarını müəyyənləşdirməkdir. Əməliyyatlara casus peyklər, rabitə dinləmələri və insan kəşfiyyatı daxil ola bilər.


Ekspertlər bu addımı Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək istəklərini reallaşdırmaq yolunda atdığı ilk böyük və sistemli addım kimi dəyərləndirirlər.
Prezident Tramp “NBC News”a verdiyi müsahibədə Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb:


“Qrenlandiyaya çox ehtiyacımız var. Orada az insan yaşayır, biz onlara baxacağıq, onları qoruyacağıq. Amma beynəlxalq təhlükəsizlik üçün bu vacibdir”.
Tramp, həmçinin, adanın hərbi güc vasitəsilə ilhaq edilə biləcəyini də istisna etməyib.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
0
sfera.az

1Mənbələr