12:32 07.05.2025
12:32 07.05.2025
2025-ci ilin ən dəbli rəngi açıqlanıb.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "New York Post” jurnalı məlumat yayıb.
Verilən məlumata görə, mütəxəssislər "Yağ sarısı” ("Butter Yellow”) rəngini bu ilin ən dəbli və ən populyar rəngi seçiblər.
Xatırladaq ki, ötən gecə keçirilən "Met Gala" gecəsində, eləcə də bu il qatıldıqları xüsusi tədbirlərdə aktrisalar Cintiya Erivo və Emma Korrin, müğənni Ariana Qrande kimi məşhurlar məhz bu rəng geyimlərə üstünlük veriblər.