AZ

"Birlikdə işlədiyim ən yaxşı baş məşqçi "Neftçi"də rəhbərliyi altında oynadığım Roberto Bordindir"

“Neftçi”nin sabiq müdafiəçisi Kirill Petrov ölkəmizdə çıxış etdiyi dönəmi xatırlayıb.

Sportal.az xəbər verir ki, “UkrFutbol” saytına açıqlama verən “ağ-qaralar”ın keçmiş futbolçusu həmin anları belə yada salıb:

"Deyə bilərəm ki, Azərbaycanda bu qədər çox vaxt keçirdiyimə görə (3 il)şadam. Avropa Liqasında oynamışam. Bütün bu müddət ərzində cəmi "Qarabağ”a bir dəfə uduzmuşuq. Orada yaxşı tanışlıqlar və bir neçə dost qazandım. Azərbaycan yaxşı ölkədir, insanları möhtəşəmdir, şəhər gözəldir. Azərbaycanla bağlı yalnız müsbət emosiyalarım qalıb. Mehriban kollektivimiz var idi. Heyətdə fərqli ölkələrdən legionerlər oynayırdı. Bir-birimizi yaxşı başa düşməsək də, gülmək üçün ortaq dil tapırdı. Asudə vaxtlarımızı tez-tez birlikdə keçirirdik. İtaliyalı baş məşqçimiz var idi. O, bizi komanda ziyafətlərinə yığırdı. Onlar bir stəkan pivə və ya şərab ala bilirdilər. Düzdür, müsəlmanlarla biz ayrı-ayrı süfrələrdə otururduq. Çünki onlara buna icazə verilmirdi. Birlikdə işlədiyim ən yaxşı məşqçiyə gəlincə, bu, “Neftçi”də rəhbərliyi altında oynadığım Roberto Bordindir”. Qeyd edək ki, 2018-2020-ci illərdə “Neftçi”nin formasını geyinmiş Petrov “Dinamo”(Kiyev), “Krivbass”, “Hoverla”, “Arsenal”(Kiyev), “Korona”, “Ordabası” klublarında da çıxış edib.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr