"Əl-Hilal" "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandesi transfer etmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə nəhəngi “qırmızı şeytanlar”ın kapitanına sərfəli müqavilə təklif edib.
"Əl-Hilal" rəhbərliyi Fernandesin agentləri ilə növbəti görüş keçirəcək.
Klub nümayəndələri potensial müqavilənin bütün təfərrüatlarını, o cümlədən maliyyə şərtləri ilə bağlı müzakirələr aparacaqlar.
Xatırladaq ki, Bruno Fernandesin "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.