AZ

AFFA milli üzvlərinin cəzalarını açıqladı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, qurum Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarında yaşananları müzakirə edərək ölçü götürüb.

Azərbaycan millisinin futbolçuları Qismət Alıyev və Elvin Camalovu 2 oyunluq cəzalandırıblar. "Zirə"nin kapitanı Alıyev “Turan Tovuz”la ev oyununun 59-cu, "Neftçi"nin yarımmüdafiəçisi Camalov isə "Kəpəz"lə qarşılaşmanın 70-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verib. Onların intizamsızlığına görə klubları hərəyə 1500 manat cərimələniblər.

Bundan başqa, "Zirə" ilə görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat ziyana düşüb.
Eyni məbləğdə cəriməyə "Araz-Naxçıvan"la səfər matçında 4 futbolçusu sarı vərəqə alan "Sabah" klubu da məruz qalıb.

Qeyd edək ki, "Zirə" "Turan Tovuz"u 1:0 hesabı ilə yenib. "Neftçi" "Kəpəz"lə 2:2, "Sabah" "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Seçilən
0
fanat.az

1Mənbələr