“Nürnberq”dən ayrılacağı bəlli olan Mahir Emrelinin karyerasını harda davam etdirəcəyi bəllidi.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, həmyerlimiz Almaniyanın 1-ci bundesliqa klubu “Union”la anlaşıb. Berlin təmsilçisi yayda cari mövsümün sonunda “Nürnberq”i tərk edəcək hücumçuyla müqavilə imzalayacaq. “Union” hazırda 37 xalla 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Mahir ötən ilin yayında “Nürnberq”ə keçib. O, cari “futbol ili”ndə 2-ci bundesliqanın iştirakçısı olan komandanın heyətində bütün turnirlərdə 23 oyuna çıxaraq 8 qol vurub, 1 məhsuldar ötürmə verib.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta