Mayın 7-də “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbir keçirilir.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə reallaşan tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.