AZ

"İCRA BAŞÇISI TORPAĞIMIZI SATIB" - Cəlilabad sakini: "Mülkümüzün yarısını 218 000 manata satıblar, qalan hissəsini isə..."

Cəlilabad şəhər sakini Piriyev Zamiq Xudu oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

"Cənab Prezident!

Mən, Piriyev Zamiq Xudu oğlu, yazaraq diqqətinizə çatdırıram ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov torpaqlarımızı satıb.

Qeyd edim ki, dövlət tərəfindən atama verilmiş torpaq sahəsi hal-hazırda Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən zəbt edilib. Torpaq kooperativimizin mülkiyyətidir və verildiyi gündən bu vaxta qədər rüsumları ödənilib, qəbzləri də var. 

İcra Hakimiyyəti qazilərə torpaq vermək adı ilə bizim torpağımızı əlimizdən alır. Saxta sənəd hazırlayaraq mülkümüzün yarısını 218 000 manata satıblar, qalan hissəsini isə qazi ailələrinə ev yeri olaraq satırlar.

Bizim burada günahımız nədir? Niyə bizlər haqsızlığa düçür olmalıyıq?

Sizdən haqqı yeyilən kənd camaatı adından xahiş edirəm ki, tapşırıq verin, biz insanların çörəyi ilə oynamasınlar.

Dəfələrlə İcra hakimiyyətinə müraciət etmişik. Lakin "gedin hara, kimə şikayət edirsiz, edin" cavabını almışıq. Harda işləyək? Ailəmizi necə dolandıraq. Xahiş edirəm, bununla bağlı biz kənd sakinlərinə kömək edəsiniz". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Seçilən
0
hurriyyet.az

1Mənbələr