Region Liqasında çıxış edən “Çinar Zəngilan”ın nümayəndəsi Anar Dünyamalıyev cəzalanıb.
İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
“Xankəndi” ilə matç bitdikdən sonra adı protokolda qeyd edilməyən Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb. AFFA onu 5 matçlıq diskvalifikasiya edib.
İdman.biz