AZ

Azərbaycan əczaçılıq sənayesinin inkişafında Scandenslə yeni dövrün başlanğıcı (FOTO)

Bakı. Trend:

05.05.2025-ci il tarixində Heydər Əliyev Mərkəzində 400 nəfərəyaxın yerli və xarici dəvətlilərin iştirakı ilə keçirilənAzərbaycan Respublikası Səhiyyə Nazirliyi, MacarıstanRespublikasının Azərbaycandakı Səfirliyi və ölkəmizdə bərk dərmanformalarının tam istehsal dövrünü həyata keçirən, tədqiqat vətəkmilləşdirmə sahəsində fəaliyyət göstərən ilk yüksəktexnologiyalı əczaçılıq zavodu olan Scandens PharmaceuticalIndustries LTD-nin birgə təşkilatçılığı və dəstəyi ilə "AzərbaycanƏczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah" adlı tədbir baştutub.

Tədbirin əsas məqsədi Azərbaycanın yerli əczaçılıq istehsalınıinkişaf etdirmək, dərman idxalına olan asılılığı azaltmaq,əczaçılıq sahəsinə investisiyaları cəlb etmək, yenitexnologiyaların tətbiqi, innovasiya və tədqiqat fəaliyyətlərinigücləndirərək sektorda dayanıqlı inkişafı təmin etmək, eyni zamandaixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi üçün praktiki həllyollarının təqdim edilməsi idi.

Əczaçılıq sənayesi, qeyri-neft sektorları arasında ən potensialolan və sürətlə inkişaf edən sahələrdən biridir və sözügedəntədbirdə dövlət qurumları, elm-tədris müəssisələri və özəl sektornümayəndələri ölkəmizdə bu sahənin inkişafına təkan verməkməqsədilə bir araya gələrək müştərək addımların müzakirəsiniaparıblar.

İlk çıxışı səhiyyə naziri Teymur Musayev edərək, Azərbaycansəhiyyəsinin tarixindən bəhs etmiş və Ulu öndər Heydər Əliyevinmüstəqil Azərbaycan əczaçılıq sektoruna verdiyi töhfələrə toxunub.O, həmçinin ölkəmizdə əczaçılıq sənayesində son illər həyatakeçirilən dəyişiklər və onun gələcəyinin formalaşdırılması üçün bugün atılmalı olan addımların vacibliyini vurğulayıb.

Konfransda çıxış edən qurumlar hər biri öz nöqteyi-nəzərindən busahənin gələcəkdəki rolunu qiymətləndirərək yerli istehsalıntəşviqinin əhəmiyyətini və atılmalı olan addımların zəruriliyiniqeyd ediblər.

Çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyininİdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, cari ildənbaşlayaraq ölkədə ambulator dərman təminatı tam şəkildə dövləttərəfindən qarşılanacaq. O, bu təşəbbüsün vətəndaşların dərmanlaraolan əlçatanlığını və əczaçılıq sənayesinin davamlı inkişafıbaxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriTamaş Yojef Torma öz çıxışında Azərbaycan və Macarıstan arasındaəczaçılıq sahəsində formalaşan birgə inkişafa aparan əməkdaşlıqyolundan bəhs edib.

Konfransda həmçinin, Macarıstan Milli Tibbi Sığorta Fondununnümayəndəsi Akos Karsay, Pécs Universitetinin Əczaçılıqfakültəsinin dekanı András Fittler, eləcə də Gedeon Richter, Egisvə Pannon Pharma kimi aparıcı əczaçılıq şirkətlərinin rəhbər vətəmsilçiləri iştirak edərək, Azərbaycanla əməkdaşlıq perspektivlərivə sənaye sahəsindəki təhsil imkanları barədə fikirlərinibölüşüblər.

Scandens Pharmaceutical Industries LTD nəinki dərman istehsalı,həmçinin innovativ tədqiqat və təkmilləşdirmə əsasında inkişafıhədəfləyən bir model olaraq ölkənin əczaçılıq sənayesində yeni birmərhələni başlamağı hədəfləyir və cari ildən etibarən dərmanistehsalına başlayaraq növbəti illərdə bir çox dərman preparatınıistehlakçılarına təqdim etməyi planlaşdırır.

Sonda isə “Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası”İctimai Birliyinin şəhadətnaməsi təqdim olunub. Bu sənəd gələcəkdəAssosiasiya çərçivəsində beynəlxalq standartlara cavab verən vəyüksək texnologiyalı əczaçılıq zavodlarının birləşməsini təşviqetməklə, Azərbaycanda əczaçılıq sənayesinin inkişafına təkanverməyi hədəfləyir.

Bu tədbir, səhiyyə və əczaçılıq sahəsində institutlararasıəməkdaşlığın gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi vəAzərbaycanın əczaçılıq sənayesinin davamlı inkişafına yönəlmişmühüm bir addım olaraq qiymətləndirilir.

Azərbaycan
Azərbaycan
Seçilən
0
az.trend.az

1Mənbələr