"Zirə"nin kapitanı Qismət Alıyev diskvalifikasiya edilib.

Offsideplus.az xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçinin Misli Premyer Liqasının XXXIII turunda “Turan Tovuz”la oyununun 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alması səbəb olub.

AFFA İntizam Komitəsi bu hərəkətinə görə futbolçunu 2 oyunluq cəzalandırıb, onun klubuna isə 1500 manat cərimə kəsib.

Eyni zamanda “Turan Tovuz” klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.