AZ

Peqov yenə "iş" başındadır: "Rusiyaya yeni hücumlar olacaq!"

Ukrayna Silahlı Qüvvələri (VSU) Rusiya bölgələrinə hücumları təkrarlamağa çalışacaq.

Bunu əvvəllər Qarabağda separatçıların qələbə qazanması barədə dezinformasiyalar yayması ilə tanınan hərbi müxbir Semyon Peqov deyib. O, özünün "War Gonzo" Telegram kanalında yazıb ki, Kursk ssenariləri təkrarlana bilər.

"Yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin ərazimizə daxil olmaq üçün yeni cəhdlərini gözləməliyik. Üstəlik, Tetkinodakı bütün ukraynalı yaraqlıların məhv edilib-edilmədiyi və ya Kursk vilayətinin ərazisindən tam çıxarılması hələlik məlum deyil", - Peqov yazıb.

O, Ukrayna qoşunlarının soxulmağa çalışdığı Tetkino və Novı Put sərhəd yaşayış məntəqələrindəki prosesləri xatırladıb. Ukraynalıların ilkin mərhələdə uğurlu hücumlarına baxmayaraq, motomobillərlə sərhədi pozan Ukrayna Silahlı Qüvvələrinin bütün əsgərləri məhv edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girsə də,  sonda uğursuzluğa düçar oldu. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib və Kurskun işgalda qalan əraziləri azad edilib.


Tural

Seçilən
0
news365.az

1Mənbələr