AZ

Səfir: Azərbaycanın Pakistana göstərdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndiririk

Pakistan Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndirir.

“Poliqon” xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin özünün “X” hesabında paylaşım edib.

“Hindistanın günahsız mülki şəxslərə hücumu qarşısında Azərbaycanın Pakistana göstərdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndiririk. Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar”, – deyə paylaşımda bildirilib.

Seçilən
0
poliqon.az

1Mənbələr