ABŞ-də Tramp administrasiyası qeyri-qanuni miqrantlara öz istəkləri ilə ölkəni tərk etmələri müqabilində pul təklif edib.
“Cebheinfo.az” xəbər verir ki, yeni təklifə əsasən, “özünü deportasiya edən” immiqrantlara 1000 dollar məbləğində ödəniş ediləcək və onların dönüş bileti də pulsuz olacaq.
ABŞ-ın Daxili Təhlükəsizlik məsələləri üzrə Katibi Kristi Noemin bu yanaşmanın “şərəfli ayrılış” olduğunu bildirib.Könüllü ayrılmaq istəyən şəxslər bunun üçün xüsusi bir tətbiq proqram vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ödəniş isə yalnız gediş təsdiqləndikdən sonra həyata keçirilir.
Rəsmilərin hesablamalarına görə, bir şəxsin deportasiyası dövlətə orta hesabla 4500 dollara başa gəlir. Yeni üsul isə ənənəvi deportasiya prosesinə nisbətən 70 faiz daha qənaətlidir.Ənənəvi üsulda qeyri-qanuni miqrantlar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılır, daha sonra isə onlar haqqında məhkəmə prosesi başlanır və deportasiya dövlət nəzarəti altında həyata keçirilir.