AZ

“Sheki Open” iştirakçılarının siyahısına Eltac Səfərli başçılıq edir

Ötən gün başa çatan "Baku Open" festivalından sonra "Chess Tour Azerbaijan" Şəkiyə yollanacaq.

İdman.biz xəbər verir ki, iyunun 18-25-də bu şəhərdə Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən seriyanın ikinci turniri təşkil ediləcək.

A turnirinə 7 ölkədən 34 iştirakçı müraciət edib. Onların arasında Vitali Bernadski (Ukrayna), Vaşini Saxiti (Hindistan), Umida Omonova (Özbəkistan) və başqaları var.

"Sheki Open"in reytinq favoriti azərbaycanlı qrossmeyster Eltac Səfərlidir.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr