
ABŞ Prezidenti Donald Trampın yeni dərman qiymətləri təklifləri yaxın on il ərzində əczaçılıq sənayesinə 1 trilyon dollara başa gələcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, buna səbəb Ağ Evin “Medicaid” proqramı çərçivəsində idxal edilən dərmanların qiymətlərini aşağı salmaq təşəbbüsü olacaq.
Agentliyin yazdığına görə, Amerika administrasiyasının ötən həftə irəli sürdüyü təklif əczaçılıq sənayesini heyrətə gətirib və qəzəbli lobbiçilik kampaniyasına səbəb olub.
Agentlik qeyd edir ki, beynəlxalq dərman qiymətləri planı innovativ kiçik və orta biotexnoloji şirkətlərə xüsusilə ağır zərbə vuracaq.
Qeyd edək ki, Avropanın ən böyük əczaçılıq şirkətləri ABŞ-dən gələn tariflərin artırılması təhlükəsi fonunda istehsalçılara dəstək məqsədilə Aİ rəhbərliyini dərman vasitələrinin alış və satış qiymətlərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.
Avropa istehsalçılarının fikrincə, ABŞ-yə dərman idxalına sektoral rüsumların tətbiqi onların məhsullarının rəqabət qabiliyyətini azaldacaq. Eyni zamanda, Avropa əczaçılıq şirkətlərinin gəlirlərinin əhəmiyyətli bir hissəsi ABŞ-dın gəlir, burada dərmanların qiyməti orta hesabla digər iri inkişaf etmiş ölkələrlə müqayisədə iki-üç dəfə yüksəkdir. Tariflər satışın və gəlirin azalmasına səbəb olacaq və avropalı istehsalçılar özləri Amerika bazarının bir hissəsini itirəcək və paylarını ABŞ-dən olan əczaçılıq nəhənglərinə verəcəklər.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Universal 10%-lik tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib və aprelin 9-da Tramp bir sıra ölkə və ərazilərdə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını açıqlayıb.