ABŞ prezidenti Donald Tramp Rusiyanın G8-ə qaytarılması imkanının artıq əldən getdiyini bildirib.
Herbiand.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə keçirdiyi mətbuat konfransında söyləyib.
“Mən fikirləşirəm ki, indi [Rusiyanı geri qaytarmaq üçün] doğru zaman deyil. Xeyr, indi uğursuz zamandır. Biz bu fürsəti əldən verdik, elə deyilmi? Biz bəzi insanların başqa bir gözəl qərarını əldən verdik”, - ABŞ prezidenti deyib.
Fevralın ortalarında Tramp Rusiyanın G8-dən çıxarılmasını səhv adlandırmışdı.
Qeyd edək ki, Rusiya Federasiyası 2014-cü ildə Ukraynanın Krım vilayətini işğal edərək özünə birləşdirdikdən sonra “Böyük səkkizlik” (G8) klubundan çıxarılıb.
Hazırda G8-ə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ daxildir.
Bəxtiyar CƏFƏRLİ