Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində rəsmi səfərdə olan Vyetnam Milli Assambleyasının sədri Tran Thanh Manhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyəti Paşinyanla görüşə əliboş gəlməyib.
KİV-də yer alan məlumata görə, Vyetnam Milli Assambleyasının sədri Paşinyana qadın yaylığı verib. Bildirilir ki, yaylığın dəyəri 45 312 (197 azn) dramdır.
"Ehtimal etmək olar ki, qadın çadrası Anna Akopyan üçün nəzərdə tutulub, lakin anladığımız kimi, Paşinyanın yaylığa ehtiyacı yoxdur", - KİV yazıb.
Gülayə Mecid