İctimai fəal Əhməd Məmmədli mayın 6-da axşam saatlarında saxlanılıb. Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında bildirib.
Yaxınlarının məlumatına görə, Əhməd Məmmədli Binəqədi Rayon Polis İdarəsinin polisləri tərəfindən saxlanılıb:
“Kiməsə ağır xəsarət yetirdiyi iddia olunur. Özü isə döyüldüyünü və vəziyyətinin çox pis olduğunu bildirib”, qeyd olunub.
İctimai fəala 2024-cü ilin yanvarından etibarən ölkədən çıxış qadağası qoyulub.
Aytac