TBİLİSİ, 7 may. TELEQRAF
Laşa Abaşidze “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru təyin edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu vəzifədə David Peradzeni əvəzləyib.
L.Abaşidze vaxtilə Tbilisi merinin müavini, prezident administrasiyasının rəhbəri olub.
Qeyd edək ki, D.Peradze 2017-ci ilin dekabrından “Gürcüstan Dəmir Yolları” SC-yə rəhbərlik edib.